Vizitkart nədir?
Vizitkart nədir?
Növləri və istifadə forması Vizitkartlara tanıtımın ən sərfəli yolu deyə bilərik. Çünki həm əlçatanlılığı, həm istifadə rahatlılığı, həm də münasib qiyməti sayəsində vizitkartlar sahibkarların reklam və məlumat ötürmələrini etdiyi büdcə dostu olan yoldur. Vizitkartlar qeyd etdiyimiz üstünlüklərlə bərabər bir çox funksiyaları özündə cəmləşdirən mətbəə məhsuludur. Həmin funksiyalara aşağıdakılar daxildir:
Məlumat ötürücülüyü
Vizitkartların üzərində adınız, ünvanınız və əlaqə vəsitələriniz qeyd olunur. Bu məlumatlar sayəsində vizitkartınızı verdiyiniz insanlar sizinlə rahat əlaqə qura və xidmətlərinizdən istifadə edə bilər.
Yadda qalanlılıq
Vizitkartlara məlumatlarınızla bərabər brendiniz adı və loqosu da yerləşdirilir. Ad və loqo sayəsində vizitkartınız olan şəxslər sizi yadda saxlayır və ehtiyacı olduqda ilk yadına düşəcək xidmət sahəsi siz olursunuz.
Marka vizuallığı
Sirr deyil ki, biznes nə qədər uğurlu və qüsursuz xidmət versə də, onun təqdimatı ən vacib amillərdəndir. Uğurlu təqdimat sizə müştəri qazandırır və marka dəyərinizi artırır. Yaxşı və keyfiyyətli vizitkartlar da bu təqdimat üsullarından biridir. Çünki özünün məhsullarına diqqət və önəm verən şirkətlər müştərilərinə də eyni səviyyədə xidmət verir.
Vizitkartların növləri
Vizitkartlar standart 3 ölçüdə və müxtəlif növ, dizaynlarda hazırlanır.
Vizitkart ölçüləri bunlardır:
1. 85*55;
2. 90*50;
3. 86*54.
Vizitkart növləri aşağıdakılardır: Ofset vizitkart 300 qramlıq kağızdan hazırlanan ofset vizitkartlar ən çox seçim olunan vizitkart növüdür. 85*55 və 90*50 mm ölçülərində hazırlanan bu vizitkartlar böyük tirajda çap olunduğu üçün olduqca münasib qiymətə başa gəlirlər. Ofset vizitkartların tirajı 100 və 1000 ədəd olur. Ofset vizitkartın ən əsas üstünlüyü yüksək keyfiyyətli rəng reproduksiyası və üzərinə çap olunan mətnlərin aydınlılığıdır.
Məxməri vizitkart
İpək trafaret çapla hazırlanan məxməri vizitkartlar rəqibləri arasında fərqlənmək istəyənlər üçün ən yaxşı üsuldur. 85*55 və 90*50 ölçülərində, minimum 100 ədəd çap olunan məxməri vizitkartların çapında ipək trafaret çapdan əlavə folqa basqı və qabartma üsullarından da istifadə olunur.
Basqılı vizitkart
Maqnezium və ya misdən hazırlanan klişe ilə folqa vasitəsilə plastik, elit kağız, laminasiyalı kağız və məxməri kağızlara basqı yolu ilə hazırlanan bu vizitkartlar rəqibləri arasında fərqlənmək istəyənlər üçün ən yaxşı yoldur. 85*55 və 90*50 ölçülərində olan basqılı vizitkartların minimum sifariş qəbulu 100 ədəddir.
Laklı vizitkart
Həm uzunömürlü, həm də parlaqlığı ilə diqqət çəkən vizitkart istəyirsinizsə, laklı vizitkartlar sizin üçün ən mükəmməl seçimdir. Keyfiyyətli lak sayəsində parlaqlığını uzun müddət qoruyan və gözoxşayan görüntü verən laklı vizitkartlar həm parlaq, həm də tutqun tonlarda ola bilər.
UV vizitkart
Eleqant, bahalı və klassik görüntünün əksinə, fərqli və özünəməxsus vizitkartlar olan UV vizitkartlar 85*55 və 90*50 ölçülərində hazırlanır. Vizitkartın üzərindəki UV çapın qalınlığı isə 0.1 mm olur. UV vizitkartlar digər vizitkartlardan fərqli olaraq, xüsusi UV printində hazırlanır. Ultrabənövşəyi mürəkkəb çap zamanı rənglər vizitkart materialının teksurasının boşluqlarına dolmur və UV radiasiyasının təsiri altında onun səthində dərhal bərkiyir. Bu üsul sayəsində vizitkartdakı ən xırda dizayn detalı belə gözə çarpan və zövqlü görünür.
Vizitkartların dizaynı
Vizitkartların dizaynı istənilən üslubda, 85*55, 90*50 və 86*54 ölçüləri standartlarına uyğun yığılır. Dizayn müştərinin istədiyinə və zövqünə uyğun hazırlanır. Eyni zamanda müştəri tərəfindən təsdiqləndikdən sonra çapa göndərilir. Keyfiyyətli çap prosesi sayəsində isə dizayn eynilə çapdan çıxır. Vizitkartın ümumi dizaynı ilə yanaşı, kənarlıqları standart kəskin, yaxud da oval kəsimli ola bilər. Oval kəsimli vizitkartlar çapdan sonra əlavə kəsim olunaraq kənarları oval formalı kəsilir. İstənilən növ və dizaynlı vizitkartların münasib qiymətə hazırlanması üçün Flayer.az komandasına müraciət edə və sizin üçün keyfiyyətli çap etdiyimiz vizitkartlara sahib ola bilərsiniz.