Ofset çapı
Ofset çapı nədir?
Bu üsulla istehsalat prosesi düz çap metoduna əsaslanır. Xüsusi yüksək keyfiyyətli rezindən hazırlanmış ofset valının üzərinə düz metal üzərindən şəkil köçürülür. Sonra həmin şəkil val üzərindən kağıza köçürülür. Ofset maşınları sifarişin detallarını və yarım tonları çox dəqiqliklə icra etməyi bacarır. Tam rəngli şəkilin əsası dörd rəngdən ibarətdir – sarı, mavi, bənövşəyi və qara. Çapda hazırlanmış formalardan istifadə olunduğundan çap zamanı maketin dəyişdirilməsi mümkün deyil. Bununla əlaqədar olaraq sifariş tipoqrafiyaya çapa göndərilməmişdən öncə bütün detallar dəqiqləşdirilməli və təstiq olunmalıdır.
Ofset çapı növləri
İstifadə olunan kağızını kağızın növündən asılı olaraq 2 müxtəlif ofset çapı mövcuddur:
- rulonvari;
- vərəqvari.
Birinci çap növü xüsusi rulon kağılar üzərində çox tirajlı çaplar üçün istifadə olunur. Bu üsul ilə qazetlər, jurnallar, bloknotlar və gündəliklər hazırlanır. Rulon üzərində çap ən ucuz ofset çapı növüdür.
İkinci çap növü orta tirajlı müxtəlif məhsulların hazırlanmasında istifadə olunur.
Ofset çapının etapları
Ofset çapının sifarişi edilməsi 4 etapdan keçir:
1. Çap formasının hazırlanması. Bu etap ən çox əziyytəli və vaxt aparan etapdır. Müasir texnologiyalı avadanlıq bu etapın daha qısa zamanda həyata keçirilməsinə icazə verir. Bu proses belə baş verir – Maket faylı xüsusi RİP proqramı vasitəsi ilə çap avadanlığına verilir və avadanlıq alüminimum vərəq üzərində sifarişin rəngli maketini hazırlayır.
2. Çap. Müasir ofset çapı avadanlığının sürəti saatda 10 min ədəd çap etməyə çata bilər. Qeyd etmək lazımdır ki ofset avadanlığı ilə ikitərəfli çap etmək mümkün deyil. Ona görədə bu tip sifarişlər hazırlandırqda ilk növbədə bir üzü çap olunur və sonradan ikinci üz çapa verilir.
3. Boyanın və məhsulun qurudulması.
4. Digər poliqrafiq işləri. (qatlama, biqovka, lamnasiya, qabartma).
Ofset avadanlığında hansı kağızdan istifadə olunur
Ofset çapı istənilən kağız formatı üzərində edilə bilər - ən kiçikindən – A1 formatına qədər. Çap üçün yapıqanlı materiallar, sadə və dizaynlı karton və digər materiallar istifadə etmək mümkündür. Rulonlu kağızın sıxlığı 50 qr / m2 az və 150 qr/m2 çox olmamalıdır. Düz vərəqlər üçün kağızın sıxlığı 80 – 400 qr / m2
Ofset çapının üstünlükləri
- istənilən kağız formatının və müxtəlif materiallardan istifadə etmək imkanı;
- çox yüksək çap keyfiyyəti;
- panton (hazır rənglər) boyalardan istifadə, metal (qızıl, gümüş) rənglərini əlavə etmək imkanı.
- çox və orta tirajlı çap sifarişlərində sifarişçi üçün qənaətcildir;
- yüksək sürətli çap; - istehsal prosesinin avtomatlaşdırılması.
Ofset çapının mənfi cəhətləri
- kiçik tirajlı çap sifarişlərində qiymətlərin yüksək olması;
- rəngli kağızlar üzərində çap zamanı rənglər çalarlarında problemlərin yaranması.
Ofset çapı il sifarişlərin həyata keçirilməsi zamanı xərclər iki yerə bölünür – daimi və dəyişən. Dəyişən xərclər sifarişin tirajından asılıdır. Daimi xərclər isə tirajın sayından asılı deyil və bu xərclər daima mövcuddur. Şirkətimiz sizə çox sərfəli qiymətlərlə hər növ ofset çapı təklif edir.