İpək trafaret çapı
Seriqraiya çapı nədir?
Seriqrafiya çapı, ipək ekran çapı və ya trafaret çapı kimi də tanınan bu çap üsulu, xüsusi bıçaqdan istifadə (rakel) etməklə mürəkkəbin incə ipək ekrandan çap materialına vurulması prosesidir. Ekranlar əvvəlcə ipəkdən hazırlanırdı, lakin indi toxunmuş polyesterdən və ya neylondan hazırlanır. İpək ekran taxta və ya alüminium çərçivəsinə çəkilir, sonra ekranın sahələri trafaret (şəklin neqtivi) ilə bağlanır. Sonra ipək ekran kağızın üzərinə qoyulur və mürəkkəb ekrana yerləşdirilir. Mürəkkəbi ekran boyunca bərabər şəkildə yaymaq üçün rezin bıçaqlı silgi (rakel) istifadə olunur, bu da mürəkkəbin açıq boşluqlardan aşağıdakı kağıza keçməsinə imkan verir. Çapda hər rəng üçün fərqli ekran istifadə olunur.