Müştəri xidməti: +99450 711 11 65

AZ | EN | RU

Podnos içliyi (Digər)

Podnos içliyi adi və ya kraft kağızdan hazırlanmış, restoran və kafe ziyarətçilər üçün təsvir və ya məlumatın tətbiq olunduğu birdəfəlik çap salfetidir. Podnos içliyində çap olunan dizayn həm məlumatlandırıcı, həm də əyləncəli ola bilər. 

Podnos içliyləri bizə Avropadan gəldi. Orada onlar rahat kafelərin və sevimli restoranların interyerlərinə mükəmməl uyğunlaşırlar. Bu məhsulun formatları müxtəlifdir, lakin ən çox istifadə edilən standart kağız ölçüsü A3-dür. Birincisi, yemək masanın örtüyünə düşməməsi üçün kifayət qədər böyük bir sahəni əhatə edir. İkincisi, bu ölçü yaxşı oxunan menyunu və ya kafenin maraqlı təkliflərini çap etmək üçün mükəmməldir.