Müştəri xidməti: +99450 711 11 65

AZ | EN | RU
Rəqəmsal çap

Rəqəmsal çap

Rəqəmsal çap nə deməkdir?

Rəqəmsal çap – boyanın səthlə birbaşa təmasda olan və çap öncəsi formaların (klişe) tələb etməyən bir çap növüdür. Bu gün rəqəmsal çap qiymət kateqoriyasında ən sərfəli çap üsuludur.

Müştərilər vizitkartlar, sertifikatlar, qiymətliklər, dəvətnamələr, broşuralar, bannerlər və digər reklam növləri qıza zaman ərzində rəqəmsal çap üsulu ilə əldə edə bilərlər. Rəqəmsal çap əlçatan qiyməti ilə bərabər tələb olunan elementlərin kağıza, vinila və ya digər materiallara keyfiyyətli köçürülməsini təmin edir.

Rəqəmsal çap yalnız iri şirkətlər və kiçik müəssisələr üçün deyil həmçin pərakəndə sifariş üçün də optimal həlldir. 

Özəlliklər:

qısa müddət ərzində əhəmiyyətli tirajın icrası;

çapa hazırlıq xərclərinin minimum olması;

mövcud çap prosesinə düzəlişlər etmə imkanı;

Çap maşını kiçik bir otaqda yerləşdirilə bilər;

Rəqəmsal çapın əsas xüsusiyyətlərini öyrənmədən əvvəl ofset texnologiyasından kökündən fərqli olduğunu başa düşmək vacibdir. Ofset texnologiyasından istifadə etmək üçün bir qat mürəkkəb tətbiq etmək və fərdi bir çap forması (klişesi) yaratmaq lazımdır, halbuki rəqəmsal çap bu cür addımları atmağa ehtiyac duymur. Ofset və rəqəmsal çapı qısa müddətdə yüksək keyfiyyətli çap etməyə imkan verən bir risoqrafın olması birləşdirir. 

Dezavantajları: 

Yalnız örtülmüş kağızdan və bir neçə növ dizayn kağızından istifadə;

Böyük nəşrlərin qiyməti artır.

Rəqəmsal çap nə üçün istifadə olunur?

Formatından asılı olmayaraq vərəqələr.

Fotoşəkil kağızı, standart olmayan ölçülərdə vinil və baner üzərində posterlər.

Bir tərəfli və ya ikitərəfli ola bilən, lakin rəqəmsal çap sayəsində parlaq və zəngin rəng  çalarları ilə fərqlənən müxtəlif formatlı reklam məhsulları.

Müxtəlif formatdakı broşuralar sərgi elementləri kimi geniş istifadə olunur.

Yüksək keyfiyyətli çap ilə vizit kartlar.

Yüksək keyfiyyətli geniş formatlı çap.